...

Azərbaycanda birinci rübdə 100-dən artıq auksion keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2009 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir S.Babayeva /

Cari ilin birinci rübü ərzində Azərbaycan birjaları tərəfindən 117 auksion təşkil edilib. Nəticədə ümumi həcmi 2869,1 milyon manat dəyərində valyuta rezervləri, qiymətli kağızlar, daşınmaz əmlak və istehsalat-texniki mənşəli məhsulların satışı həyata keçirilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirib.

Dövriyyənin ümumi həcmi 2008-ci illə müqayisədə 8,1 faiz artıb.

Satış həcmi və sayına görə Bakı Banklararası Valyuta Birjası fərqlənir. Belə ki, birjada dövriyyə artımı 1,9 dəfə artıb və ümumi həcm 1006,4 milyon manat təşkil edib.

Bakı Fond Birjasının dövriyyəsi 11,9 faiz azalaraq 1862,2 milyon manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti