...

2009-cu ilin sonuna qədər Azərbaycanda avtomatlaşdırılmış pensiya sistemi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2009 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və BMT-nin Inkişaf Proqramı (BMTIP) DSMF-in Potensialının Gücləndirilməsi layihəsi çərçivəsində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (AİS) tətbiqinə başlayacaq" - DSMF-nin cümə günü yaydığı məlumatda deyilir. Proqramın təqdimatı mayın 4-də keçiriləcək

Dövlət pensiya sistemində kompyuterləşdirilmiş məlumat bazasının yaradılması layihənin əsas tərkib hissəsidir. Avtomatlaşdırılmış pensiya informasiya sistemininin yaradılması vasitəsilə DSMF kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanına malik olub ki, bu da rəsmiləşmələrin daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait yaradıb.

Layihənin realizəsinə 2003-cü ildə başlanılıb. Hazırda layihənin beşinci mərhələsi realizə edilir. Onun davam etmə müddəti 2008-ci ilin sentyabrından 2009-cu ilin sonuna qədərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti