...

Azərbaycanda əmək təqaüdünün hesablanma mexanizmləri dəyişdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2009 17:26 (UTC +04:00)
Azərbaycanda əmək təqaüdünün hesablanma mexanizmləri dəyişdiriləcək

Azərbaycan, Bakı, 4 may / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu əmək təqaüdü ilə bağlı hesablamalardakı dəyişikliyi hökumətə təqdim edib. Bu barədə bazar ertəsi fondun sədri Səlim Müslümov deyib.

"Düşünürəm ki, Nazirlər Kabineti yaxın vaxtlarda layihəni təsdiq edilməsi üçün ölkə başçısına təqdim edəcək", - Müslümov deyib.

Onun sözlərinə əsasən, qanun il ərzində təsdiqləndiyi halda yeni mexanizmin tətbiqinə gələn ildən start veriləcək.

Yeni metoda keçməkdə məqsəd əhalinin sosial təminatında ədalətin təmin eilməsi ilə bağlıdır. Hazırda Azərbaycanda əmək təqaüdü təqaüdçünün son iki il ərzində aldığı əmək haqqı ilə ölçülür.

Müslümovun bir müddət öncə bildirdiyinə əsasən, fonda gələcək təqaüdçülərdən şikayətlər daxil olub. Şikayətçilər 30-40 il aşağı əmək haqqı ilə işlədiklərini və nəticədə Azərbaycanda minimum pensiya olan 75 manat aldıqlarını deyirlər.

Fond rəhbəri onu da deyib ki, hazırkı mexanizm təqaüdçülər üçün əlavə problemlər və neqativ hallar yaradır.

"Bəzi təqaüdçülər yüksək təqaüd almaqdan ötrü işlədikləri son iki ildə yüksək əmək haqqı aldıqlarını göstərən saxta ərizələr düzədirlər. Bu kimi hallar ədalətsizliyə səbəb olur və fondda bununla bağlı məlumat var", - Müslümov qeyd edib.

Azərbaycanda kişilər 62, qadınlar isə 57 yaşdan təqaüdə çıxır. Hazırda ölkədə 1,263 milyon təqaüdçü var.

Mayın 04-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti