...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2009 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir İ. Xəlilova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8035 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi mayın 6-7-də 1 ABŞ dolları üçün 0,8053 manat, minimum isə mayın 4-5-də 1 ABŞ dollarına 0,8034 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

27 aprel

0,8034

4 may

0,8034

28 aprel

0,8036

5 may

0,8034

29 aprel

0,8034

6 may

0,8036

30 aprel

0,8034

7 may

0,8036

1 may                                                      

0,8035 

8 may                                                 

0,8035 

Həftə ərzində orta

0,80346

Həftə ərzində

orta

0,8035

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80308 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 4-də 0,8031 AZN/USD məzənnəsi ilə $1,125 mln., mayın 5-də 0,8031 AZN/USD məzənnə ilə $0,45 mln., mayın 6-da 0,8032 AZN/USD məzənnəsi ilə $0,85 mln., mayın 7-də 0,8030 AZN/USD məzənnəsi ilə $4,67 mln. Mayın 8-də sövdələşmə olmayıb və buna görə də məzənnə 0,8030 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

27 aprel

0,8030

4 may

0,8031

28 aprel

0,8031

5 may

0,8031

29 aprel

0,8031

6 may

0,8032

30 aprel

0,8028

7 may

0,8030

1 may                                                     

0,8029

8 may                                                 

0,8030

Həftə ərzində orta

0,80298

Həftə ərzində orta

0,80308

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə - səkkiz manat səviyyəsində qalıb. Qiymətlərin bu cür düşməsi ilə (67 faiz) vauçerlərin də qiymətləri yenidən düşməyə başlayıb. Bütün həftə ərzində onlar sabit qalıb və 16 manat təşkil edib.

Bu qiymət düşməsi [2009-cu ilin əvvəlində çeklərin qiyməti hətta 20 manatı ötmüşdü] dövlət əmlakının özəlləşdirilməsi tempinin düşməsi ilə izah olunur.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti