...

Gürcüstanın XİN rəhbəri İspaniyanın biznes-dairələri ilə görüşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2009 15:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 may / Trend , müxbir N.Kirtsxaliya /

Hazırda İspaniyada səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu gün Madriddə İş Adamları Assosiasiyasının üzvləri ilə görüşəcək. Bu barədə çərşənbə günü nazirlikdən bildiriblər. Nazir həmçinin, Birləşmiş İspaniya Müəssisələrinin prezidenti Xerardo Dias Feranla görüşəcək.

Vaşadze Gürcüstanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən ispan müəssisələrinin planları ilə tanış olacaq.

Maraq doğuran sahələr infrastruktrur, energetika və inşaatdır. Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri elə bu gün Madriddən Tbilisiyə dönəcək.

Məqalə müəllifi lə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti