...

Azərbaycan bankı Parabank bölgədə filial açmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2009 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend /

Azərbaycan bankı Parabank müştərilərə xidmət şəbəkəsinin genişləndirilməsi məqsədi ilə ən qısa zamanda Bərdə şəhərində yeni filial açmağı planlaşdırır. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında bildirilir.  

"Müştərilərə xidmət şəbəkəsinin genişləndirilməsi Parabank üçün prioritet məsələlərdən biridir", - deyə bankın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi İlahə Adilqızı bildirib.

Parabank-ın digər filialları kimi, "Bərdə" filialı da fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, Western Union, Contact, Migom, Privat Money, Bıstraya poçta, Caspian Money Transfer kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pul köçürmə və s. xidmətlər təqdim edəcək.

Cari ilin axırına Parabank ölkənin müxtəlif regionlarında və paytaxtda filial və şöbələrdən ibarət xidmət şəbəkəsini daha da genişləndirməyi planlaşdırır.

Parabank 30 iyul 2007-ci ildən Depozitlərin Sığortalanması Fondunun üzvüdür.

Xəbər lenti

Xəbər lenti