Azərbaycan, Bakı, 21 may / Trend , müxbir Т.Cəfərov /
Trend -ın İranın Özəlləşdirmə Komitəsinin sədri, ölkənin iqtisadiyyat və maliyyə nazirinin müavini Qulamrza Heydəri Kord Zengene ilə müsahibəsi.
- Azərbaycan şirkətlərinin İrandakı özəlləşdirmə prosesində iştirakını necə qiymətləndirirsiniz?
- Biz Azərbaycan şirkətlərini İran iqtisadiyyatına sərmayələr qoymağa və özəlləşdirməyə cəlb etmək istəyirik. Son illərdə biz bu tendensiyanın artımının şahidi oluruq. Bu, özünü xüsusilə Şərqi Azərbaycanda fəal şəkildə büruzə verir. Biz Azərbaycan şirkətlərinə özəlləşdirmə prosesində xüsusi güzəştlər verməyə hazırıq. Düzdür, biz bu güzəştləri başqa şirkətlər üçün də tədqim edirik, amma Azərbaycan üçün onlar daha əsaslı ola bilər. Məsələn, kreditlərin aşağı faiz dərəcələri ilə verilməsi.
İranda özəlləşdirmə ilə bağlı qəbul olunmuş qanun sərmayə qoyuluşunu sadələşdirir. Üç-dörd il əvvəl dövlətin İran iqtisadiyyatındakı iştirakı 60 faiz təşkil edirdi, indi bu rəqəm 40 faizdən də aşağıdır. Biz Azərbaycan şirkətlərinin daha fəal iştirakını gözləyirik. Və biz İran şirkətlərinin eyni işi Azərbaycanda görməsinin tərəfdarıyıq.
Biz İranın özəl sektorunu genuşləndirmək üçün çalışırıq. Bunun üçün məsələn, özəlləşdirmə zamanı dövlət şirkətlərinə verilən böyük güzəştlərdən imtina etmişik, sərmayədarlara dəstək üzrə struktur yaratmışıq. Dövlət, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi özəl sektorun gücləndirilməsi üçün güzəştlər tətbiq etməlidir. Bu orqanlar hər il İranın özəl şirkətlərinə verilmək üçün 10 milyard dollar xarici kredit cəlb etməlidirlər.
- Özəl xarici və yerli şirkətlər İrandakı özəlləşdirmə prosesi zamanı hansı problemlərlə üzləşirlər?
- Əvvəllər problemlər əsasən qanunvericilik aktlarında idi. Bu ciddi problem idi. Buna görə də İran Prezidentinin nəzarəti altında qanunvericilikdəki problemlərin ləğv edilməsi üzrə işçi qrupu yaradılıb. Qrupun işi əmək, maliyyə, vergi, sığorta, banklar haqqında qanunlara dəyişikliklər edilməsindən ibarətdir.
Daha bir bir problem özəl şirkətlərə lisenziya verilməsi ilə bağlı idi. Məsələn, şirkət zavod tikmək istəyirdisə, lisenziyanı yalnız 3-4 aya ala bilirdi. Hazırda bütün dövlət orqanları lisenziyanı maksimum 1 aya təqdim etməlidir.
- İrandakı özəlləşdirmə prosesi necə gedir? Hansı sektor daha fəaldır - neft, yoxsa qeyri-neft?
- Son üç ildə özəl sektora 40 milyard dollarlıq iştirak payı ayrılmışdı. Bu dövrdə sənaye sahəsində 265 müəssisə özəlləşdirilmişdi. Neft sektorunda neft-kimya və emal müəssisələri özəlləşdirilib. İsfahan və Xuzistandakı poladtökmə zavodları, İranın bütün mis sənayesi artıq özəlləşdirilib. Bu müəssisələrdə dövlətin payı 20 faizdən aşağıdır. Maşınqayırma müəssisələrində dövlətin payı 30 faiz təşkil edir.
İranın gəmi şirkəti, eəcə də Enerji Nazirliyinin bir sıra şirkətləri özəlləşdirilib. Məsələn, HES tikintisi ilə məşğul olan "Mepna" şirkəti artıq özəlləşdirilib. Bizim planlarımızda ölkənin bütün elektrik stansiyalarının tam özəlləşdirilməsi var.
Özündə 33 şirkəti birləşdirən İranın rabitə şirkətinin iştirakının üçdə biri artıq özəlləşdirilib. Daha iki mobil rabitə operatorunda özəlləşdirmə aparılır.
Ümumilikdə, bu il 389 müəssisə özəlləşdirilib.
Yeri gəlmişkən, qanun dövlət orqanlarına kiçik və ya böyük şirkətləri özəlləşdirməyi qadağa edir. Nazirliklər, hərbi təşkilatlar özəlləşdirmədə birbaşa paya malik ola bilməzlər.
Ancaq burada bir problem var - sosial fondlar. Ölkəmizdə hərbçilər üçün, ictimai sosial fondlar və banklarla əlaqədar sərmayə şirkətləri var. Onlar qanun baxımından özəldir və onlara heç bir qadağa yoxdur. Amma İranda bu fondların problemi onların əsasnaməsindədir. Məsələn, bizdə sosial fondun rəhbərini sosial təminat naziri təyin edir. Bu baxımdan əhali elə düşünür ki, sosial fond dövlət qurumudur. Dövlət büdcəsindən sosial fondlar üçün vəsait ayrılmır. Ümumilikdə, dünyada sosial fondlar özəldir. Məsələn, "Shell" dünyanın ən böyük neft şirkətlərindən biridir. Bu şirkətin səhmlərinin 90 faizi Böyük Britaniya və Hollandiya sosial fondlarına məxsusdur. Bir çox ölkədə özəlləşdirmə məhz bu şirkətlərə tədqim olunur. İqtisadi cəhətdən bu daha sərfəlidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]