...

MDB-nin gərəksiz olduğu barədə iddialar əsassızdır – Qazaxıstanın Baş naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2009 15:51 (UTC +04:00)

Qazaxıstan, Astana, 22 may / Trend , müxbir K.Arınova /

Müstəqil Dövlətlər Birliyinin (MDB) gərəksiz olduğu barədə iddialar əsassızdır. Bu barədə

Qazaxıstanın Baş naziri Kərim Məsimov Astanada baş tutan MDB hökumət başçılarının şura iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

Məsimov qeyd edib ki, bu tip görüşlər milli hökumətlər səviyyəsində effektiv qərarlar qəbul etməyə yardım edir. 

MDB hökumət başçılarının növbəti görüşü noyabrda Yaltada baş tutacaq.

Qazaxıstanın Baş nazirinin sözlərinə əsasən, iclas zamanı hökumət başçıları milli antiböhran proqramları barədə qarşılıqlı məlumat veriblər.

"Hər proqramın müsbət və mənfi tərəfləri var. Digər tərəfdən isə ümumi iqtisadi prinsiplər bütün ölkələr üçün ortaq olduğundan hər proqramın güclü tərəflərini tapmağa çalışdıq", - Məsimov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti