...

Dünya maliyyə böhranına baxmayaraq, Azərbaycan turistləri xarici kurort yerlərini fəal şəkildə bronlayırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2009 10:24 (UTC +04:00)
Dünya maliyyə böhranına baxmayaraq, Azərbaycan turistləri xarici kurort yerlərini fəal şəkildə bronlayırlar

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan turistləri dünya iqtisadi-maliyyə böhranı səbəbindən xarici turlara tələbatlarını azaltmayıblar. Bu barədə çərşənbə axşamı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin rəhbəri Aydın İsmiyev bildirib.

"Hazırda Türkiyənin yaxın kurort zonası Antalyaya iyunun ortalarınadək yerlər tutulub", - deyə İsmiyev bildirib.

Onun sözlərinə görə, putyovka almaq üçün müraciət edənlərin sayında azalma müşahidə olunmur. Türkiyənin kurort zonaları Azərbaycan turistləri üçün həm məsafə yaxınlığı, həm tariflərin əlverişli olması? həm də dil probleminin olmaması baxımından çox əlverişlidir.

İsmiyev bildirib ki, böhran Bakıda iri turizm obyektlərinin tikintisinə də təsir tapmayıb.

Tələbatın ehtimal olunan azalması səbəbindən Azərbaycanda turizm obyektlərinin tarif siyasəti barədə danışan şöbə müdiri bildirib ki, turistlər əvvəl olduğu kimi həm Bakıya, həm də ölkə regionlarına gəlməkdədirlər.

"Lakin tələbatın əhəmiyyətli dərəcədə azalacağı təqdirdə turizm obyektlərinin tarif siyasətinə yenidən baxıla bilər", - deyə İsmiyev bildirib.    

Azərbaycanda təqribən 250 turizm şirkəti fəaliyyət göstərir, ölkədə 300 turizm obyekti var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital@trend.

Xəbər lenti

Xəbər lenti