...

ABŞ Azərbaycanın ÜTT-yə daxil olmasını dəstəkləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2009 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müx. V.Javoronkova /

ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasını dəstəkləməyə hazırdır, cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr üzrə şöbəsinin rəhbəri Terri Devidson "Tələbələr azad sahibkarlıqda" - beynəlxalq tələbə proqramının açılışında bildirib.

"ABŞ Azərbaycanın ÜTT-yə daxil olmasını irəli atılmış vacib addım kimi qiymətləndirir", Devidson deyib.

"ABŞ təşkilatın tövsiyəsi əsasında Azərbaycanda keçirilən islahatları dəstəkləməyə hazırdır", - o bəyan edib.

Azərbaycan 1997-ci ildən ÜTT-yə daxil olmaq məqsədi ilə müraiət edib. Bu istiqamətdə intensiv fəaliyyət 2004-cü ildən başlanıb, təşkilat və DTT üzv ölkələri ilə danışıqlar hələ də davam etdirilir.

"Son illərdə Azərbaycanda əhəmiyyətli iqtisadi artım müşahidə olunur", - o bildirib. "Ölkənin energetika resursları xarici tərəfdaşlar ilə birlikdə beynəlxalq bazara çıxarılması məqsədi ilə işlənilir", - Devidson deyib.

Lakin onun sözlərinə görə, Azərbaycanın əsas sərvəti enerji resursları deyil. "Azərbaycanın həqiqi sərvəti təhsilli və məqsədyönlü gəncləridir", - Devidson bildirib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti