...

Kənd təsərrüfatı sığortası üzrə konfransın vaxtı dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2009 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir U.İsmayılova /

AzSigorta Azərbaycan sığorta şirkəti 2009-cu ilin payızında kənd təsərrüfatı risklərinin sığortalanmasının vacibliyi mövzusunda ümumrespublika konfransını təşkil etməyi planlaşdırır, cümə axşamı şirkətin idarə heyətini sədr müavini Xəyal Məmmədxanlı bildirib.

"Yay fəslinin başlanması səbəbindən biz konfransın keçirilmə müddətini payıza planlaşdırırıq", - Məmmədxanlı deyib.

Onun sözlərinə görə, konfrans Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə keçiriləcək.

Onun fikrincə, konfransın keçirilməsində əsas məqsəd aqrar sferada riskləri nəzərə alaraq, bu növ sığortanın zəruri olduğunu fermerlərin diqqətinə çatdırmaqdır.

"Hesab edirəm ki, bu konfransın keçirilməsi kənd təsərrüfatı sığortasının inkişafı istiqamətində vacib addımlardan biri olacaq, lakin zəruri və düzgün informasiyanın olmaması səbəbindən Azərbaycan fermerləri öz təsərrüfatlarını sığortalamırlar", - Məmmədxanlı bildirib.

AzSigorta SŞ 2006-cı ilin noyabrından ölkənin sığorta bazarında iştirak edir və üçü məcburi olmaqla 28 növ sığorta xidməti göstərir. Şirkət həmçinin kənd təsərrüfatı sığortası üzrə xidmət göstərir. Ötən il şirkət sığorta üçün bitkiçilik sferasına  29 min manat və heyvandarlıq sferasına 3,9 min manat vəsait ödəyib.

İyunun 18-nə rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:capital@trend

Xəbər lenti

Xəbər lenti