Azərbaycan, Bakı, 19 iyun / Trend /
"29 - 30 iyun tarixlərində Bakıda ilk dəfə olaraq "Dünya böhranı şəraitində biznesi necə inkişaf etdirmək" və "Açıq Çıxışların Ustalığı" mövzularında seminarlar keçiriləcək", - Qarant Sığorta şirkətinin cümə günü yaydığı məlumatda deyilir.
"Məhz bu məqsədlə "Qarant Sığorta" Şirkəti və "Bank of Azerbaijan" ASC-nin dəvəti ilə Bakıya dünya səviyyəli peşəkar, Avropada satış treninqləri üzrə 1 nömrəli mütəxəssis, idarəetmə sahəsində əldə olunmuş nailiyyətlərə görə dəfələrlə mükafatlar alan və "Dünyanın ən yaxşı satıcısı" beynəlxalq tituluna sahib olan Maykl Beng gəlir", - məlumatda bildirilir.
"Qarant Sığorta" Şirkəti və "Bank of Azerbaijan" ASC-nin Azərbaycan biznes cəmiyyəti üçün bu cür miqyaslı tədbirin keçirilməsində məqsədi yeni ideyalar və bacarıqları praktiki öyrətmək yolu ilə Azərbaycan şirkətlərinin ümumdünya iqtisadi böhranında daha az itkilərə yol verməsi və yaranmış yeni imkanlaradn maksimum yararlanmasıdır.
"Panasonic", "Heineken", "Nestle", "Toyota", "Toshiba", "Renault", "Land Rover" və "Unilever" kimi bir çox dünya üzrə məşhur şirkətlər üçün treninqlər keçirən Maykl Bengin seminarları ən qısa müddət ərzində maksimal nəticələrə nail olmaq arzusunda olanlar üçün işlənib hazırlanıb.
Bu dəfə keçiriləcək seminarların özəlliyi ondan ibarətdir ki, iştirak xərcləri "Qarant Sığorta" və "Bank of Azerbaijan" şirkətləri tərəfindən ödəniləcək. Azərbaycan şirkətlərinin rəhbər nümayəndələri üçün nəzərdə tutulmuş bu seminarların sonunda iştirakçılar beynəlxalq səvyyəli sertifikatlar alacaqlar.
Yerlərin məhdud olması ilə əlaqədar olaraq, seminarda iştirak yalnız təşkilatçılar tərəfindən xüsusi dəvət almış şirkətlər və öz ərizələrini daha tez təqdim etmiş və təşkilatçılar tərəfindən təsdiq olunmuş şirkətlər üçün mümkün olacaq.
Seminarlarda iştirak etmək istəyənlər bu telefonlar vasitəsilə təşkilatçılarla əlaqə saxlaya bilərlərlər: (994 12) 437 58 50, 430 85 17, (994 50) 208 60 54