...

Azərbaycanda antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi üzrə Dövlət Xidməti yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2009 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatında inhisarçılığın qarşısını almaq və haqsız rəqabətlə mübarizəni gücləndirmək, habelə Azərbaycan Respublikasında istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət idarəetməsini təkmilləşdirmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yaradılması barədə fərman verib. Məlumatı  AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Yeni struktur Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin bazasında yaradılıb.

Fərmanda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti işçilərinin say həddinin 172 ştat vahidi müəyyən edilməsi göstərilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində Dövlət Xidməti haqqında Əsasnamənin layihəsini, həmçinin qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti