...

Ümumdünya Gömrük Təşkilatı Avropa üzrə regional ofisin Azərbaycanda açılması barədə qərar qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir N.İsmayılova /

Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlığı Şurasının Brüsseldə keçirilən 113 və 114-cü sessiyaları çərçivəsində Avropa istiqamətində ÜGT-nın potensialının artırılması üzrə regional ofisin açılması barədə qərar qəbul edib. Bu barədə ölkənin Gömrük Komitəsinin mətbuat xidmətinin "Gömrük" qəzetində dərc olunmuş məlumatında deyilir.

İyunun 25-27-də Brüsseldə Ümumdünya Gömrük Təşkilatının qərargahında Gömrük Şurasının növbəti iclası keçirilib. İclasda ölkənin Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin başçılığı ilə Azərbaycanın nümayəndə heyəti iştirak edib.  

Görüş çərçivəsində Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuri ilə Bakıda regional ofisin açılması barədə fikir mübadiləsi aparıb.  

ÜGT-nın Avropa regionu üzrə sədr müavini Cozef Fixili, potensilalın artırılması üzrə direktorluğun başçısı Lars Karlson və direktorluğun nümayəndəsi Valeri Mikeladze ilə görüşdə regional ofis işləri üzrə memorandum layihəsi, həmçinin Bakıda yeni binanın inşası layihəsi müzakirə olunub və bəyənilib. Görüşün yekunlarına əsasən, yaxın zamanlarda binanın tikintisinə başlanılması barədə qərar qəbul edilib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti