...

AYİB və Azərdəmiryolbank kredit razılaşması imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2009 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir N.İsmayılova /

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərdəmiryolbank Azərbaycan iqtisadiyyatını dəstəkləmək məqsədi ilə bazar ertəsi kiçik və orta sahibkarlığa kredit xətti ilə 13 milyon dollar ayrılması barədə razılaşma imzalayıb. Bu barədə çərşənbə axşamı AYİB-in Bakı nümayəndəliyindən məlumat verilib. Kredit xətti Avropa bankının direktorlar şurasında iyunun 16-da təsdiq olunub.

AYİB tərəfindən müqaviləni Bakı nümayəndəliyinin rəhbəri Frensis Deley, Azərdəmiryolbank tərəfindən isə İdarə Heyəti sədrinin birinci müavini Mərdan Şıxəliyev imzalayıb. 

Kreditin ümumi həcmindən 3 milyon dollar kiçik və orta sahibkarlığın, 10 milyon dollar isə mikrosektorun maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Bu kredit xətti AYİB-in Azərbaycan üçün strategiyasına istiqamətlənib və bank bundan sonra da bazarda maliyyə vasitəçiliyi və rəqabətin artımını dəstəkləməyə hazırdır.

Texniki kömək proqramı ETC Multidonor Təşəbbüsü Fondu və AYİB Səhmdarları Xüsusi Fondu tərəfindən maliyyələşdirilir.

Hələ 2008-ci ilin mayında AYİB Azərdəmiryolbank üçün 14 milyon dollar həcmində kredit xətti barədə qərar qəbul edilib. Bu xətt də daxil olmaqla Azərdəmiryolbankın maliyyələşdirilməsi üzrə Avrobankın portfeli 37-38 milyon dollara çatıb.  

Azərdəmiryolbank 1989-cu ildə Azərbaycan Dövlət Dəmir Yolunda yaradılıb. 1995-ci ildən bankın əsas səhmdarları Hacıyev ailəsidir (hazırda səhmlərin təxminən 46 faizinə sahibdir). AYİB və Netherlands Development Finance Company ümumilikdə bankın səhmlərinin 35 faizinə sahibdir. 2005-ci ildən AYİB bankın daha bir səhminin 25 faizni əldə edib.

Azərdəmiryolbank ölkənin özəl bankları arasında 2004-cü ildən başlayaraq beynəlxalq reytinq qiymətləri alan ilk bankdır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti