...

AİB Gürcüstandakı layihələrin maliyyələşdirilməsinə 300 milyon lari ayırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 18:24 (UTC +04:00)
"Asiya İnkişaf Bankı (AİB) Gürcüstandakı layihələrin maliyyələşdirilməsinə 300 milyon lari ayırmaq niyyətindədir", - bankın vitse-prezidenti Şaoiu Jao bankın Tbilisidəki daimi nümayəndəliyinin açılışı zamanı deyib.

Gürcüstan, Tbilisi, 20 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Asiya İnkişaf Bankı (AİB) Gürcüstandakı layihələrin maliyyələşdirilməsinə 300 milyon lari ayırmaq niyyətindədir", - bankın vitse-prezidenti Şaoiu Jao bankın Tbilisidəki daimi nümayəndəliyinin açılışı zamanı deyib.

Gürcüstanın maliyyə naziri Kaxa Bainduraşvilinin sözlərinə görə, bir çox layihə maliyyələşdiriləcək ki, onların içərisində su və qaz təminatını əhatə edən sahələr də var.

Jao qeyd edib ki, daimi nümayəndəlik ölkələrin yaxınlaşması və gələcəkdə yetərincə maraqlı planların həyata keçirilməsinə kömək edir.

"Biz həm dövlət, həm də özəl sektorla əməkdaşlıq etməyə hazırıq və düşünürük ki, bu münasibətlər yaxşı perspektivə malikdir", - Jao deyib.

Gürcüstan AİB-ə bu il qoşulub və onun 67-ci üzvü olub. Yaxınlarda AİB Gürcüstan və Ermənistana 200 milyon dollarlıq güzəştli kredit vermək təklifini dəstəkləyib. Bu məbləğin 80 milyon dolları Gürcüstandakı iki layihənin realizəsinə yönəldiləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti