...

2010-cu ildə Azərbaycanda yeni gəmiqayırma zavodunun inşasına başlanıla bilər – İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend /

2010-cu ildə Bakıda gəmiqayırma zavodunun inşasına başlanıla bilər, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında yekun nitqində deyib. İclas dövlət başçısının sədrliyi ilə keçirilib.

"Elə etmək lazımdır ki, gələn ildən biz gəmiqayırma zavodunun tikintisinin başlanmasına nail olaq və qısa müddət ərzində bunu yaradaq", - dövlət başçısı deyib.

İlham Əliyevin dediyi kimi, bu, elə zavod olmalıdır ki, istənilən gəmiləri, o cümlədən hərbi təyinatlı gəmiləri də inşa edə bilsin.

Artıq bu layihənin reallaşdırılması üçün xarici investorlar seçilib və onlarla bərabər Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət İnvestisiya Şirkəti də bu işlərdə iştirak etməlidir.

İlham Əliyevin dediyi kimi, növbəti illər ərzində həm Xəzər Dəniz Gəmiçiliyi üçün, həm də Dövlət Neft Şirkətinin donanması üçün çoxsaylı gəmilər - yük gəmiləri, tankerlər alınmalıdır. Məhz bu səbəbdən artıq bir neçə ildir xarici şirkətlərlə danışıqlar aparılır ki, Azərbaycanda ən müasir standartlara cavab verən gəmiqayırma zavodu tikilsin.

Xəbər lenti

Xəbər lenti