...

Azərbaycan bank sektorunun kapitallaşması ilin birinci yarısında 9 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 18:38 (UTC +04:00)
"Azərbaycan bank sektorunun kapitallaşması ilin birinci yarısında ilin əvvəlinə nisbətən 0,7 və 9,1 faiz artaraq 1859,69 milyon manat təşkil edib", - bazar ertəsi Azərbaycan Mərkəzi Bankından (AMB) deyilib.

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir N.İsmayılova /

"Azərbaycan bank sektorunun kapitallaşması ilin birinci yarısında ilin əvvəlinə nisbətən 0,7 və 9,1 faiz artaraq 1859,69 milyon manat təşkil edib", - bazar ertəsi Azərbaycan Mərkəzi Bankından (AMB) deyilib.

AMB-nin statistik məlumatlarına görə, 2009-cu il iyulun 1-nə kapitalı 10 milyon manatdan çox olan 41 bank qeydə alınıb. İlin əvvəlində belə bankların sayı 43 olub. Bu kateqoriyalı bankların bütün bankların kapital həcmindəki xüsusi çəkisi 98,6 faizdən 97,6 faizə qədər azalıb.

Dörd bankın (2,1 faiz xüsusi çəki) kapitalı 5-10 milyon manat arasında formalaşıb, bir bankda isə (0,3 faiz) bu, 3,5 - 5 milyon manat həcmində olub.

Hesabat dövründə ölkə ərazisində bank fəaliyyətinin həyata keçirilməsi üzrə lisenziyaya 46 bank malik idi. Ötən il ərzində onların sayı artıq çoxdandır fəaliyyətsiz olan Poctbank və kapitallaşma tələblərini yerinə yetirməyən Atlantbank üzündən iki vahid azalsa da, sonradan eyni sayda banka lisenziya verilib. "Naxçıvanbank" ASC və Azfinans Bank bank fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib.

Ölkədə xarici kapitallı 23 bank fəaliyyət göstərir. Onlardan yeddisində xarici kapitalın xüsusi çəkisi 50-100 faiz arasında formalaşıb. 14 bankda bu çəki 50 faizdən aşağıdır və o cümlədən xarici bankların iki yerli filialı fəaliyyət göstərir.

Xaricdə bankların doqquz strukturu fəaliyyət göstərir ki, onların altısı nümayəndəlik, ikisi törəmə bank və biri filialdır. Həmçinin Azərbaycanda xarici bankların dörd filialı açılıb.

İyulun 27-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti