...

Azərbaycanın Parex Leasing & Factoring şirkəti yeni layihələrin maliyyələşdirilməsini planlaşdırmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2009 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 Avqust / Trend , müxbir N.İsmayılova /

Azərbaycanın Parex Leasing & Factoring lizinq şirkəti tərəfindən yaxın aylarda yeni layihələrin maliyyələşdirilməsinin bərpası gözlənilmir, bazar ertəsi Bakıda Parex Bank-ın kapitalın idarəsi direksiyasının rəhbəri və baş vitse-prezidenti Robert İdelson bildirib.

"Şirkət hələ bir müddət keçid dövründədir, yaxın bir-iki ay ərzində bu cür aktiv fəaliyyət həyata keçirilməyəcək, hər şey şirkətin baş ofisindəki vəziyyətin necə inkişaf etməsindən asılı olacaq", - İdelson bildirib.

Onun sözlərinə əsasən, Latviyanın Parex Bankı-nın konkret fəaliyyət planı var və bank ona əsasən fəaliyyət göstərir. Müəyyən vaxtda bankın Azərbaycandakı imkanları da dəyişiləcək.

Parex Leasing & Factoring MMC qlobal maliyyə böhranı səbəbindən ötən ilin dekabr ayında yeni layihələrin maliyyələşdirilməsini dayandırıb. Hazırda lizinq şirkəti fəaliyyət göstərməkdə davam edir və köhnə layihələr üzərində çalışır.  

Parex Leasing and Factoring 2005-ci ilin mart ayından fəaliyyət göstərir. Parex Leasing and Factoring şirkətinin nizamnamə kapitalı 50 min dollar təşkil edir.

Parex Bank həmçinin Moskva, Sankt-Peterburq, Kiyev, Minsk, Tallin və Vilnüsdə fəaliyyət göstərir.

Parex Bankı 1992-ci ildə təsis edilib. Dünyanın 12 ölkəsində, həmçinin Berlin, Stokholm, Tallində bankın nümayəndəlikləri, filialları və törəmə müəssisələri yerləşir. Azərbaycanda bankın nümayəndəliyi fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti