...

Azərbaycanda qeyri-sabit hava şəraiti məhsuldarlığa təsir etməyəcək - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2009 12:47 (UTC +04:00)
Azərbaycanda qeyri-sabit hava şəraiti məhsuldarlığa təsir etməyəcək - nazir

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir N.İsmayılova /

Azərbaycanda qeyri-sabit hava şəraiti kənd təsərrüfatında məhsuldarlığa təsir etməyəcək, çərşənbə günü kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.  

"Kənd təsərrüfatı məhsulları üzrə istehsalın azalacağını demək olmaz, belə ki, Azərbaycanın aqrar sektoru davamlı inkişaf ilə təmin olunur", - Abbasov bildirib.

Onun sözlərinə görə, bu il hava şəraitinin qeyri-sabit keçməsi ölkənin bir sıra regionlarında məhsuldarlığa təsir göstərib. "Lakin ümumilikdə ölkə üzrə götürdükdə, ötən il olduğu kimi, bu il də ilin sonuna qədər təxminən altı faiz artım gözlənilir", - nazir bildirib.

2008-ci ilin yekunlarına əsasən, kənd təsərrüfatında artım 6,1 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti