...

Azərbaycan auditorları illik konfransda iştirak üçün Malayziyaya dəvət olunublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2009 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir Ü.İsmayılov /

Azərbaycanın da üzv olduğu Asiyanın Daxili Auditorları İnstitutları Konfederasiyası Kuala-Lumpur şəhərində oktyabrın 18-20-də "Artan təcrübə: davamlı uğurlara doğru" mövzusunda konfrans təşkil edəcək, cümə axşamı rəsmi mətbuat xəbər verir.

Azərbaycanın daxili auditorlarının və təsərrüfat subyektləri rəhbərlərinin iştirakını Azərbaycanın Daxili Auditorlar İnstitutu təşkil edir. Konfransda iştirak etmək istəyənlər 2009-cu ilin sentyabrın 1-nə kimi Bakı ş, S.Y, Bakuvi küçəsi 14, ünvanına mürcaiət edə,  465-65-35, mob 055-293-52-53, e-mail: [email protected] ilə əlaqə saxlaya bilərlər.

Konfrasnda qlobal maliyyə böhranı, onun təşkilata təsiri və daxili auditorların böhran şəraitində rolu, idarəetmədə daxili audit, özəl sektorun idarəsi, informasiya texnologiyaları auditi və informasiya təhlükəsizliyi məsələləri müzakirə ediləcək, həmçinin daxili audit sahəsində beynəlxalq təcrübə mübadiləsi həyata keçiriləcək.

Azərbaycanın Auditorlar Palatası Asiyanın Daxili Auditorları İnstitutları Konfederasiyasının üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti