...

Azərbaycan bazarına qida əlavələri istehsalçısı daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2009 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir U.İsmayılova /

Azərbaycan Vergilər Nazirliyində "vahid pəncərə" vasitısilə Polşanın qida əlavələri istehsalçısı olan "AMİLEK" QSC-nin nümayəndəliyi dövlət qeydiyyatından keçib, bu barədə idarənin rəsmi saytında deyilir.

Mərkəzin rəsmi nümayəndəsi Polşa vətəndaşı Arif Məhərrəmovdur. Polşanın "AMİLEK" MMC şirkəti nümayəndəliyin təsisçisidir.

Şirkət iyulun 27-də nazirlikdə qeydiyyatdan keçib.

Amilek Sp. Z О. O yeni nəsil məhsulların, dietik əlavələr üçün OTC (Over-The-Con) mürəkkəb preparatlarının istehsalına 2003-cü ildə başlayıb.  Amilek Sp. Z О. O öz məhsulları ilə yanaşı, qida əlavələri sahəsində də istehsal xidmətləri göstərir. İstehsal HACCP (risklərin təhlili və kritik nəzarət nöqtələri) standartlarına uyğun həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti