PremiumAzərbaycanın cənub regionunda bələdiyyə torpaqlarının satışı üzrə ilk hərraclar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2009 16:30 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 14 sentyabr / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın Lənkəran rayonunda bələdiyyənin balansında olan torpaq sahələrinin satışı üzrə dörd hərrac keçirilib. Bu barədə bazar ertəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Regional idarəsinin sədri, Hərrac komissiyasının rəhbəri Fərrac Cəlalov bildirib.

"Bələdiyyə torpaqlarının satışı üzrə hərraclar Lənkəran rayonunda ilk dəfədir keçirilir", - Cəlalov bildirib.

Onun sözlərinə görə, rayonun Digah və Şilavar bələdiyyələri balansında yerləşən iki torpaq ərazisi hərraca qoyulub. Hər bir ərazinin sahəsi dörd sot təşkil edib.

Hər bir torpaq sahəsinin ilkin qiyməti 240 manat səviyyəsində müəyyən olunub.

Torpaq sahələri 300 manata satılıb. Hərracda iştirak etmək üçün Digah ərazisində yerləşən torpaq sahəsi üzrə dörd, Şilavar üzrə beş ərizə verilib.

"Hər iki torpaq sahəsi şəxsi evlərin inşası üçün nəzərdə tutulub", - Cəlalov bildirib.

Azərbaycan Prezidentinin fərmanına əsasən, 2008-ci il dekarın 10-dan etibarən yerli idarəetmə orqanları olan bələdiyyələrin balansında olan torpaqlar yalnız hərrac yolu ilə satılır, onların keçirilməsi üzrə səlahiyyət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilib. Əvvəl bu kimi səlahiyyətləri müvafiq yerli özünüidarəetmə orqanları - bələdiyyələr həyata keçirirdi.

Hərracda və ya müsabiqədə qalib gələn hüquqi və fiziki şəxslər ilə müqavilə Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları ilə 20 gündən gec olmayaraq, vətəndaş və torpaq qanunvericiliyinə müvafiq olaraq bağlanıılr.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti