...

Azərbaycan və Dünya Bankı əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2009 18:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Davamlı İnkişaf Sektorunun direktoru Piter Tomsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Dünya Bankı əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 01 oktyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Davamlı İnkişaf Sektorunun direktoru Piter Tomsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank tərəfindən respublikaya 2,5 milyard dollar məbləğində kreditlərin verilməsi bəyənilib.

Xəbər lenti

Xəbər lenti