...

Azərnəqliyyat Bank plastik kartların sayını 20 minədək artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2009 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan bankı Azərnəqliyyat bank cari ilin sonunadək plastik kartlar emissiyasını 20 minədək artırmağı planlaşdırır, bazar ertəsi bankdan yayılan məlumatda deyilir.

Bank 2009-cu ilin may ayına qədər plastik kartlar üzrə əməliyyatlar aparmayıb. Bu səbəbdən sistem sınaqdan keçirilib, birinci yarımil ərzində kartların dövriyyəsi cüzi olub. Cari ilin avqust ayının məlumatına görə, bank 6200 platik kart hazırlayıb.

Bundan əlavə, bank gələn ilin yanvar ayında Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum və Visa Business plastik kartlarının emissiyasına başlamağı planlaşdırır.

Bank cari ilin avqusta ayında VISA International-ın tam hüquqlu üzvü olub və hazırda bankın sertifikatlaşdırılması prosesi gedir.

Hazırda bank lokal plastik kartlar buraxır ki, onun xidmətləri Milli Kart prosessinq mərkəzindən keçir.

Hazırda bank 27 bankomata malikdir. Bankomatlardan 15-i paytaxtda quraşdırılıb. Azərnəqliyyat bank 1989-cu ildə ticarət bankı kimi təsis edilib. Bu gün bankın Bakıda və ölkə regionlarında 8 filialı var . 2009-cu ilin əvvəllərindən bank Avropanın ən iri banklarından olan Raiffeisen Zentralbank Osterreich AG ilə uğurlu danışıqlar apararaq əməkdaşlığa başlayıb.

Oktyabrın 12-nə olan cari məzənnə: 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti