...

İspaniya biznesi Gürcüstanda işləməyə hazırdır - Baş nazir Nika Qilauri

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2009 20:38 (UTC +04:00)
Gürcüstanın Baş naziri Nika Qilauri İspaniyada keçirilən biznes-forumda iştirak edib. Baş nazir ispan iş adamlarını Gürcüstanın investisiya mühiti və onun inkişaf perspektivləri ilə tanış edib.
İspaniya biznesi Gürcüstanda işləməyə hazırdır - Baş nazir Nika Qilauri

Gürcüstan, Tbilisi, 28 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Nika Qilauri İspaniyada keçirilən biznes-forumda iştirak edib. Baş nazir ispan iş adamlarını Gürcüstanın investisiya mühiti və onun inkişaf perspektivləri ilə tanış edib.

"Gürcüstanda öz nümayəndəliklərini açmaq istəyən bir çox sərmayədarlar var. Biz sərbəst ticarətə və vizalara dair razılaşmanı dəstəkləyəcəyik", - Qilauri deyib.

O vurğulayıb ki, ispaniyalı iş adamları Tbilisidə bütün regionu əhatə edəcək nümayəndəlik açmaq niyyətindədirlər.

Baş nazir ispaniyalı biznesmenlərin İqtisadi Azadlıq Aktı ilə bağlı suallarına cavab verib.

İspaniyalı iş adamlarının sözlərinə görə, artıq konkret təkliflər var. Onlar bu təklifləri Gürcüstana səfərdən sonra səsləndirmək niyətindədirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti