...

"Azərbaycan Hava Yolları" müntəzəm olaraq A/H1N1 virusu üzrə profilaktik tədbirlər həyata keçirir - vitse-prezident

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2009 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir E.İsmayılov /

"Azərbaycan Hava Yolları" (AZAL) qapalı səhmdar cəmiyyət A/H1N1 virusunun profilkatikası çərçivəsində müntəzəm olaraq işlər həyata keçirir, bu barədə çərşənbə axşamı AZAL-ın vitse-prezidenti Sabir İlyasov bildirib.

"Hər şey nəzarət altındadır. Müvafiq tədbirlər planı xüsusi şəkildə işlənib hazırlanıb. Bu istiqamətdə daim işlər aparılır", - İlyasov bildirib.

Onun sözlərinə əsasən, QSC təkcə "donuz qripi" profilaktikası üzrə deyil, eyni zamanda digər ifeksion xəstəliklərin profilaktikası üzrə işlər görür.

Azərbaycanda ümumilikdə bu günədək 14 "donuz qripi"nə yoluxma faktı qeydə alınıb. Onlardan 13-ü sağalıb. Hazırda onlardan yalnız biri ölkənin Ağciyər xəstəlikləri institutunda müalicə alır. Çərşənbə günü tam müayinədən keçdikdən sonra xəstə evə buraxılacaq. Dekabrın əvvəlində "donuz qripi"nə qarşı könüllü vaksinləməyə başlanılacaq. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti