...

Yaxın dörd il ərzində Azərbaycanda ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend capital, müxbir İ.Xəlilova/

Azərbaycanın Milli Məclisi "Yaşayış minimumu haqqında" və "Ehtiyac meyarının həddi haqqında" qanun layihəsini təsdiqləyib.

Parlamentin İqtisadi Siyasət Komitəsinin rəhbəri Ziyad Səmədzadənin dediyi kimi, 2010-cu ildə Azərbaycanda ehtiyac meyarının həddi ünvanlı sosial yardımların (ÜSY) müəyyən olunması üçün 65 manatadək artırılacaq.

"Əsas məqsəd yaxın vaxtlarda ölkə üzrə ehtiyac meyarının həddini yaşayış minimumuna kimi çatdırmaqdır və aparılan araşdırmaların nəticəsinə əsasən deyə bilərəm ki, yaxın 3-4 ilə buna nail ola bilərik", - Səmədzadə deyib.

Növbəti illərdə yaşayış üçün zəruri olan minimum vəsait 87 manatadək, o cümlədən əhalinin əmək qabiliyyətli hissəsi üçün 96 manat, təqaüdçülər üçün 68 manat və uşaqlar üçün 72 manatadək artırılacaq. Səmədzadənin sözlərinə görə, aparılan siyasət nəticəsində ölkədə yaşayış minimumunun artırılması davam edir və gələcəkdə yaşayış minimumu ilə əmək haqqı arasında olan fərq azaldılacaq.

Azərbaycanda 2009-cu il üçün yaşayış minimumunun səviyyəsi 84 manat, ehtiyac meyarının həddi isə 60 manat təşkil edir.

Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Ünvanlı sosial yardım ehtiyac meyarının həddi ailənin hər bir üzvünün gəlirinin həcmi nəzərə alınmaqla təyin olunur.

Noyabrın 26-na olan cari məzənnnə 0,8024 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti