Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycanda kənd təsərrüfatı mallarının idxalına gömrük rüsumlarının tətbiq edilməsi vacibdir. Bu sözləri cümə axşamı kənd təsərrüfatı naziri İsmət Abbasov deyib.
"Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsullarına olan daxili tələbatını yerli istehsalın hesabına ödəməyin mümkün olduğunu nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı mallarının idxalına gömrük rüsumlarının tətbiq edilməsi təklifi ilə Nazirlər Kabinetinə müraciət edib", - Abbasov deyib.
Onun sözlərinə görə, yerli istehsalatın qorunması üçün Azərbaycan ərazisində istehsal edilən kənd təsərrüfatı məhsullarına gömrük rüsumu tətbiq edilməlidir.
Hazırda ölkədə gömrük rüsumlarının maksimal faiz dərəcəsi 15% təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]