...

Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2010 13:46 (UTC +04:00)
Budapeştdə hökumətlərarası komissiya çərçivəsində 22-23 fevralda Azərbaycan və Macarıstan arasında Azərbaycan-Macarıstan biznes forumu və B2B (business-to-business) görüşü keçiriləcək. Bu barədə Azərbaycan İxracın və İnvestisyaların təşviqi fondunun (AZPROMO) məlumatında bildirilib.
Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 1 fevral / Trend /

Budapeştdə hökumətlərarası komissiya çərçivəsində 22-23 fevralda Azərbaycan və Macarıstan arasında Azərbaycan-Macarıstan biznes forumu və B2B (business-to-business) görüşü keçiriləcək. Bu barədə Azərbaycan İxracın və İnvestisyaların təşviqi fondunun (AZPROMO) məlumatında bildirilib.

B2B görüşü kənd təsərrüfatı və qida sənayesini, tibb (əczaçılıq), loqistika, turizim, İKT, alternativ enerji, toxuculuq sənayesi, tikinti və maliyyə sektorlarını əhatə edib.

AZPROMO Azərbaycan biznesmenlərini və sahibkarlarını biznes görüşündə iştirak etməyə dəvət edir.

İki ölkə arasındakı əvvəlki biznes forum 2008-ci ilin yayında Bakıda Macarıstan Baş naziri Ferença Dyurçanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirirlib.

Xəbər lenti

Xəbər lenti