...

BakıSığorta Mərkəzi Klinikanın sığortaçısı seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2010 15:38 (UTC +04:00)
"Mərkəzi Klinika" MMC-nin əmlakının və üçüncü şəxslərin mülki məsuliyyətinin sığortalanması üzrə tenderin qalibi "BakıSığorta" ASC olub. Bu barədə tender komissiyasından cümə axşamı məlumat verilib.
BakıSığorta Mərkəzi Klinikanın sığortaçısı seçilib

Azərbaycan, Bakı, 04 fevral / Trend /

"Mərkəzi Klinika" MMC-nin əmlakının və üçüncü şəxslərin mülki məsuliyyətinin sığortalanması üzrə tenderin qalibi "BakıSığorta" ASC olub. Bu barədə tender komissiyasından cümə axşamı məlumat verilib.

"BakıSığorta 2010-cu il ərzində klinikada sığorta xidmətləri göstərəcək", - məlumatda deyilir.

BakıSığorta Azərbaycan sığorta bazarında 2007-ci il avqustun 28-dən fəaliyyət göstərir. Şirkətin səhmlərə nəzarət paketi "Bank Respublika" ASC-yə məxsusdur. Ödənilmiş nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir. "BakıSığorta" ASC Tural Sığorta şirkətinin səhmlərinin əldə edilməsi yolu ilə yaranıb. Səhmlərin qalan hissəsi isə fiziki şəxslər arasında paylanıb.

Şirkət 27 növ sığorta xidmətinin göstərilməsi üzrə lisenziyaya sahibdir. Bunlar arasında ənənəvi əmlak sığortası, fərdi sığorta, məsuliyyətin sığortalanması, kosmik və enerji risklərinin sığortalanması, ətraf mühitin çirklənməsi riskinin sığortalanması və b. sığorta növləri var. BakıSığorta həm fiziki, həm də hüquqi şəxslərə xidmət edir.

Fevralın 04-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti