...

Azərbaycanın vergi sistemindəki dəyişikliklər beynəlxalq təcrübəyə uyğundur - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2010 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend /

Azərbaycanın vergi sistemindəki struktur dəyişiklikləri vergi idarəçiliyinin təkmilləşməsinə və büdcə gəlirlərinin artmasına yardım edir. Bunu Azərbaycanın vergilər naziri Fazil Məmmədov cümə axşamı deyib.

Nazirin əmri ilə 2010-cu il yanvarın 28-dən departamentin strukturuna daxil olan 1, 2 və 3 saylı filiallar ləğv edilib. Bu filialların bazasında yeni idarələr yaradılıb. Yaradılmış yeni idarələr bəyannamələrin kameral yoxlanması idarəsi, vergi borclarının məcburi alınması idarəsi və vergi ödəyicilərinə xidmət idarəsidir.

"Bu dəyişikliklər beynəlxalq təcrübələrə uyğundur və biz bu prosesi dünyanın bir çox ölkələrinin vergi sistemlərində müşahidə edirik", - nazir deyib.

Vergi idarəçiliyinin təkmilləşdirilməsi, vergi nəzarətinin gücləndirilməsi nəticədə vergi gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına və vergi ödəmələrindən yayınma hallarının azalmasına, vergi qoyulan bazanın genişlənməsi və yeni vergi gəlirləri mənbəyinin aşkarlanmasına gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti