...

Qəzaya uğramış Yalama-Bakı elektrik qatarı paytaxta gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2010 11:22 (UTC +04:00)
Dünən iki vaqonu relsdən çıxmış Yalama-Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarı artıq təyinat məntəqəsinə çatdırılıb. Bu barədə "Azərbaycan dəmir yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Qəzaya uğramış Yalama-Bakı elektrik qatarı paytaxta gətirilib

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir E.İsmayılov/

Dünən iki vaqonu relsdən çıxmış Yalama-Bakı sərnişin elektrik qatarı artıq təyinat məntəqəsinə çatdırılıb. Bu barədə "Azərbaycan dəmir yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

"Bütün problemlər dərhal aradan qaldırılıb. Qatar artıq Bakıya gəlib", - Əzməmmədov bildirib.

Onun sözlərinə görə, belə hadisələr bəzən baş verir və bu, böyük problem deyil. "Belə problemlər ən qısa zamanda aradan qaldırılır", - Əzməmmədov vurğulayıb. Vaqonlar relsdən çıxarkən çevrilməyib.

Vaqonların relsdən çıxması çərşənbə axşamı Bakı vaxtı ilə saat 19.00-a yaxın Yalama stansiyasının yaxınlığında (Azərbaycanın şimal regionu) çarxlarda yaranmış problemlə əlaqədar baş verib.

Xəbər lenti

Xəbər lenti