Azərbaycan, Bakı, 17 mart / Trend /
Martın 15-də Bank Respublika əmanətçiləri arasında uduşlu kampaniya çərçivəsində oynanılan Mazda3 avtomobilinin sahibi müəyyən olunub. 2009-cu ilin sentyabrından başlayaraq hər ay keçirilən kampaniyanın son tirajı nəticəsində Bank Respublikanın baş ofisinin əmanətçisi əsas mükafatın - Mazda3 avtomobilinin sahibi olub.
Əsas mükafatla yanaşı, bu tiraj çərçivəsində bankın iki əmanətçisi 20 qramlıq, beş əmanətçi isə 10 qramlıq qızıl külçə qazanıblar. Kampaniya zamanı ən yüksək - 999,9 əyarlı Rusiya istehsalı olan külçələr oynanılıb. Kampaniyanın keçirildiyi 7 ay ərzində bankın 49 əmanətçisi qızıl külçələrin sahibi olub.
Qaydalara görə, hər ay kampaniyada Bank Respublika müştərilərinin 12 ay müddətindən və 1000 AZN/USD/EUR məbləğindən başlayaraq qoyulan əmanətləri oynanılır. Hər 1000 AZN/USD/EUR həcmində əmanətə hər ay 1 uduş şansı verilib. Şərtlərə görə, bank işçiləri və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.
Bank Respublikanın əmanətçiləri əmanətin məbləğindən və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti olan MasterCard və VISA kartları ala bilər, Home Banking və MobilBank xidmətlərinə pulsuz qoşula, bank seyfindən pulsuz istifadə edə, bankın hesabına xaricə gedənlər üçün sığorta, tibbi sığorta əldə edə və güzəştli şərtlərlə kredit əldə edə bilər. Bank əmanətlərin məbləği ilə bağlı məhdudiyyət qoymur və müştəriyə əmanət şərtlərinin seçilməsinə dair imkanlar təqdim edir.
Bank Respublika "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bank Respublikada yerləşdirilən əmanətlər Fondun şərtlərinə əsasən sığorta olunur.