...

Qafqaz regionunda, ilk dəfə olaraq, "WorldFood Azerbaijan" çərçivəsində "HalalFood Azerbaijan" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2010 13:42 (UTC +04:00)
Mayın 19-dan 21-dək Bakıda "WorldFood Azerbaijan" 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək. Sərginin təşkilatçıları "Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləridir. Sərginin keçirilməsi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 2010-cu ildə keçiriləcək sərgilərdə "Paşa Sığorta", "Azerfon-Vodafone", "Caspel", "Qafqaz Point Hotel", SIAR və KREA kimi şirkətlər tərəfdaş qismində çıxış edəcəklər. Sərgi UFI Beynəlxalq Sərgi Cəmiyyəti (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən yüksək qiymətə layiq görülüb.
Qafqaz regionunda, ilk dəfə olaraq, "WorldFood Azerbaijan" çərçivəsində  "HalalFood Azerbaijan" sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Mayın 19-dan 21-dək Bakıda "WorldFood Azerbaijan" 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək. Sərginin təşkilatçıları "Iteca Caspian LLC""ITE Group PLC" şirkətləridir. Sərginin keçirilməsi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 2010-cu ildə keçiriləcək sərgilərdə "Paşa Sığorta", "Azerfon-Vodafone", "Caspel", "Qafqaz Point Hotel", SIAR və KREA kimi şirkətlər tərəfdaş qismində çıxış edəcəklər. Sərgi UFI Beynəlxalq Sərgi Cəmiyyəti (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən yüksək qiymətə layiq görülüb.

Bu il "WorldFood Azerbaijan" sərgisində Azərbaycan, Belarus, Bolqarıstan, Macarıstan, İran, BƏƏ, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən olan 120-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Sərgi iştirakçılarının 30 faizini debütantlar təşkil edəcək. "WorldFood Azerbaijan 2010" sərgisi bir neçə tematik ekspozisiyalara bölünərək, qida sənayesinin, demək olar ki, bütün istiqamətlərini əhatə edir. "WorldFood Drink" bölümündə geniş çeşiddə içkilər, "SeaFood" bölümündə isə dəniz məhsulları, onların saxlanılması və daşınması ilə əlaqədar bütün növ xidmətlər təqdim olunacaq. "FoodPack" bölümünün stendlərində isə  Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan qablaşdırma avadanlıqları geniş çeşiddə təqdim olunacaq. "WorldFoodTech" bölümündə qida sənayesinin müxtəlif istiqamətləri, o cümlədən, supermarketlər, laboratoriya analizləri üçün avadanlıqlar nümayiş etdiriləcək. Qeyd etmək lazımdır ki, bu il istehsalın ilkin mərhələsi üçün nəzərdə tutulmuş minizavodlar kimi ilkin istehsal avadanlıqlarına həsr edilmiş ekspozisiyaların sayı çox olacaq. Sərgidə ət və quş məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, baqqaliyyə malları, meyvə və tərəvəzlər, uşaq və pəhriz qidaları, tütün məmulatları və digər ənənəvi bölmələr təqdim olunacaq.

Bu il Qafqaz regionunda ilk dəfə olaraq "WorldFood Azerbaijan" sərgisi çərçivəsində Azərbaycan və digər ölkələrin "halal" ərzaq məhsulları istehsalçılarını bir araya gətirəcək "HalalFood Azerbaijan" sərgisi keçiriləcək. Bu gün qida sənayesinin bu sektoru ən sürətlə inkişaf edən sektorlardan biridir və 2008-ci ilin statistik göstəricilərinə əsasən, bütün dünyada halal ərzaq məhsulları bazarı 580 milyard ABŞ dolları təşkil edib.

Qlobal iqtisad böhran və artıq bir neçə ildir, ərzaq məhsulları ilə bağlı müşahidə olunan bahalıq tendensiyasının mövcud olduğu bir şəraitdə, Azərbaycan hökuməti qida və aqrar sənayelərində istehsalın bundan sonra da yüksəldilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsini öz qarşısına məqsəd qoyub. Bu baxımdan, "WorldFood Azerbaijan" sərgisi, ilk növbədə, ərzaq məhsulları bazarının inkişaf tendensiyalarını daim izləyən sənaye mütəxəssisləri üçün nəzərdə tutulub. Bununla da istehsal və ticarət şirkətləri sərgidə iştirak etməklə faydalı işgüzar əlaqələr qurmaq və qida məhsullarının çeşidini artırmaq imkanına malik olacaqlar. Bu isə nəticə etibarilə bazarda məhsul bolluğu və Azərbaycanda qida məhsullarına olan tələbatın sabitləşməsinə gətirib çıxaracaq.

Xəbər lenti

Xəbər lenti