...

Azərbaycanın lizinq şirkətinin portfeli mart ayı ərzində təxminən 12 faizdən çox azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2010 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Ü.İsmayılova/

2010-cu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın AGLeasing şirkətinin portfeli 5,468 milyon manat təşkil edib. Martın 1-də bu göstərici 6,234 milyon manat olub. Bu barədə cümə axşamı şirkətdən məlumat verilib. Müvafiq portfel 12,29 faiz azalıb.

Bu dövr ərzində fəaliyyətdə olan lizinq müqavilələrinin ümumi sayı 141 olub. Lizinqə verilən avadanlıqların ümumi həcmi 8,554 milyon manat, martda isə 9,439 milyon manat təşkil edib.

Lizinq portfelinin həcminə görə AGLeasing Azərbaycanın qabaqcıl lizinq şirkətlər qrupuna daxildir. Şirkətin müştəriləri həm hüquqi, həm də fiziki şəxslər olan sahibkarlardır.

Şirkət əsasən üç sahədə - nəqliyyat, ticarət və tibbi avadanlıqları lizinqə verir. Şirkət avadanlıqları lizinqə 60 ay müddətinə, 20 faizdən 50 faizədək ilkin ödənişlə, 20-24 faiz dərəcəsi ilə verir.

AGLeasing 2005-ci ildə dörd təsisçi tərəfindən yaradılıb - AGBank (35 faiz), Böyük Britaniyanın Hiperion Capital Management şirkəti (30 faiz), ABŞ-ın Delta Trans LLC şirkəti (25 faiz) və Böyük Britaniyanın Milio Leasing Limited şirkəti (10 faiz). Şirkətin nizamnamə kapitalı bir milyon manat təşkil edir.

Aprelin 24-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti