Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir N.İsmayılova/
Çərşənbə günü Azərbaycan və Stavropol diyarı Bakıda ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Azərbaycan tərəfindən müqaviləni Baş nazirin müavini Əli Həsənov, Stavropol diyarı tərəfindən qubernator Valeri Qayevski imzalayıb.
"Azərbaycan və Stavropol diyarı aqronomik yardım kompleksində, tikinti istirahət-sağlamlaşdırma sahələrində əməkdaşlıq üçün böyük imkanlara malikdir və mən düşünürəm, stavropollu biznesmenlər Azərbaycanda bu sahələrdə öz fəaliyyətlərini genişləndirəcəklər", - Həsənov bildirib.
Diyarın qubernatorunun sözlərinə əsasən, hökumətlərarası müqavilənin həyata keçirilməsi nəticəsində Stavropol və Azərbaycanın rayonları bir-birlərinə daha yaxın olacaq.
2009-cu ildə Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 1,816 milyard dollar təşkil edib ki, bu da MDB ölkələri ilə ümumi əmtəə dövriyyəsinin 60 faizdən çoxunu təşkil edir.
Ötən il Stavropol diyarı ilə əmtəə dövriyyəsi 123,3 milyon dollar təşkil edib ki, bu da 2004-cü ildə qeydə alınan göstəricini iki dəfə ötür. 2009-cu ildə Azərbaycanın Stavropol diyarı ilə əmtəə dövriyyəsi 30 faiz azalıb. 2008-ci ildə əmtəə dövriyyəsi 200 milyon dollar təşkil edib.
Hazırda Stavropol diyarında 15 min azərbaycanlı yaşayır.