...

"Lufthansa" İslandiyada vulkan püskürməsi nəticəsində şirkətə dəyən zərərin həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2010 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

İslandiyada Eyyafyatlayokudl vulkanının püskürməsi ilə əlaqədar reyslərin həyata keçirilməsində yaranmış problem nəticəsində Almaniyanın "Lufthansa" şirkətinə dəyən zərərin həcmi 200 milyon avro məbləğində qiymətləndirilir. Bu barədə Bakıda şirkətin Rusiya və MDB ölkələri üzrə regional direktoru Ronald Şults bildirib.

"Biz bu yaxınlarda bu məsələni müzakirə etdik, bu rəqəm 200 milyon avroya yaxın təşkil edir", - Şults deyib.

Lakin itkiyə baxmayaraq, şirkət bu il mənfəət əldə edəcəyinə ümid edir. Ötən il hətta böhran şəraitində "Lufthansa" 130 milyon avro həcmində mənfəət əldə etmişdi.

Şultsun sözlərinə görə, böhran şirkəti öz fəaliyyətinə, o cümlədən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətinə böyük diqqət ayırmağa sövq edib.

"Lufthansa" öz hava parkının genişləndirilməsi üzrə işləri davam etdirir. Bu il 46 yeni təyyarənin istismara verilməsi nəzərdə tutulur. Növbəti illərdə şirkət 100-ə yaxın yeni hava gəmisini istismara verməyi, altı il ərzində isə hava parkının yenilənməsinə və genişləndirilməsinə 13 milyard avro xərcləməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti