...

Azərbaycan Pakistanda kapital qoyuluşu imkanlarını öyrənir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2010 16:22 (UTC +04:00)
Azərbaycan Pakistanda kapital qoyuluşu imkanlarının öyrənilməsində maraqlıdır. Bu barədə İslamabada birgünlük səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Azərbaycan Pakistanda kapital qoyuluşu imkanlarını öyrənir - nazir

Аzərbaycan, Bakı, 16 iyun /Trend/

Azərbaycan Pakistanda kapital qoyuluşu imkanlarının öyrənilməsində maraqlıdır. Bu barədə İslamabada birgünlük səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Məlumatı Pakistanın APP informasiya agentliyi yayıb.

Pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşü zamanı Məmmədyarov bəyan edib ki, Azərbaycan ölkənin neft-qaz ehtiyatlarını nəzərə alaraq, regionun inkişafında vacib rol oynayır.

Azərbaycan və Pakistanın xarici işlər nazirləri ikitərəfli, regional və beynəlxalq məsələlərin geniş spektrini müzakirə edərək, Bakı və İslamabadın beynəlxalq təşkilatlarda bir-birini gələcəkdə də dəstəkləyəcəkləri barədə razılığa gəliblər.

Lakin siyasi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, Pakistanın xarici işlər naziri Qureyşi ölkələr arasında həcmi 11 milyon dollara çatan əmtəə mübadiləsi barədə narazılığını bildirib.

Hər iki nazir birgə komissiyanın Bakıda keçiriləcək növbəti iclasında ikitərəfli əlaqələrin tam spektrini müzakirə etmək və yeni sahələrdə əməkdaşlığın perspektivlərinə baxılması barədə qərar qəbul ediblər.

Səfər zamanı Məmmədyarov Azərbaycanın Pakistandakı səfirliyinin yeni binasının açılışında iştirak edib.

Xəbər lenti

Xəbər lenti