"Bank Melli İran" Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişləndirilməsinə kömək etməyə hazırdır - bankın Rəyasət Heyətinin sədri Mahmud Rza Xavəri

"Bank Melli İran" Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişləndirilməsinə kömək etməyə hazırdır -  bankın Rəyasət Heyətinin sədri Mahmud Rza Xavəri

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir T.Cəfərov/

Trend-in "Bank Melli İran"ın Bakıda səfərdə olan Rəyasət Heyətinin sədri Mahmud Rza Xavəri ilə müsahibəsi

- Azərbaycana səfərinizin başlıca məqsədi nədir və səfər zamanı aparılan danışıqların mahiyyəti nədən ibarətdir?

- Səfərin başlıca məqsədi Azərbaycanın hazırkı potensialının qiymətləndirilməsi və ölkələrimiz arasında əlaqələrin inkişafı üçün şəraitin yaradılmasıdır. "Bank Melli İran"ın Azərbaycandakı fəaliyyəti müzakirə olundu. Məlum olduğu kimi, "Bank Melli İran" islam dünyasında yeganə bankdır ki, onun filialları təkcə İranda deyil, həm də müxtəlif ölkələrdə mövcuddur. Bank İranın bütün bank aktivlərinin 30 faizinə sahibdir.

Düşünürəm, bankın potensialı Azərbaycanda da işləməlidir. Biz çox şadıq ki, ölkələrimiz arasında əlaqələr inkişaf edir. Azərbaycanla İran arasında mal dövriyyəsinin ildə 10 milyard dollaradək çatdırılacağı gözlənilir. Bu məqsədlərə çatmaq üçün yaxşı imkanları olan bankların və müəssisələrin yaradılması vacibdir. Bunun üçün biz Azərbaycanda müstəqil bankın təsis edilməsini istəyirik.

Səfər zamanı biz Azərbaycanda iranlı sahibkarlarla, eləcə də İranda azərbaycanlı sahibkarlarla görüşlər keçirdik. Mən onların əmək şəraitinə baxdım və onlarla tanış oldum. Bundan başqa, mən Azərbaycanın rəsmi şəxsləri ilə, o cümlədən, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşdüm və İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami ilə birgə Azərbaycanda müstəqil bankın yaradılması təklifi ilə çıxış etdik. Mərkəzi Bankın rəhbəri bizim təklifimizi alqışladı.

Bank Bakıda və Azərbaycanın iri şəhərlərində, sərhədyanı şəhərlərində filiallar açmağı planlaşdırır. Bu bankın yaradılması iki ölkə arasında pul və bank mübadiləsini asanlaşdıracaq. İran və Azərbaycan ümumi dilə, dini, tarixi və mədəni köklərə malikdir. Məhz buna görə də bu bankın Azərbaycanda yaradılması vacibdir.

Hazırda Bakıda "Bank Melli İran"ın filialı fəaliyyət göstərir, lakin biz müstəqil bankın yaradılmasını istəyirik və o, zəruri kapitalla təmin olunacaq. O, 50 milyon dollar səviyyəsində ilkin kapitalla qeydiyyata alınacaq.

Yeni bankın təsis olunması Azərbaycanda iranlı investorların sərmayələrinin artırılması üçün şərait yaradacaq. Yeni bank bütün bank xidmətləri spektri üzrə fəaliyyət göstərəcək. O, ölkələr arasında kapital qoyuluşlarının, ixrac və idxalın, Azərbaycanda bank işinin inkişafına xidmət edəcək, eləcə də makro və mikromaliyyələşdirmənin, ticarət və sənaye sahələrinin investisiyalaşdırılmasında iştirak edəcək.

Biz mümkün qədər bankda yerli vətəndaşları işlə təmin etməyə çalışacağıq. Ola bilsin, hələlik aparıcı mövqelərdə İran vətəndaşları çalışsınlar. Və bu onun fəaliyyətini İran bankları ilə uyğunlaşdırmaq məqsədi daşıyır, lakin üstünlük, əsasən, yerli kadrlara veriləcək.

- Siz Azərbaycanın bank sektorunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda bankların sayı çoxdur. Lakin mən Azərbaycan banklarının fəaliyyətini yüksək qiymətləndirirəm. Əgər nəzərə alsaq ki, Azərbaycanda bank fəaliyyəti ölkənin müstəqillik əldə etməsindən sonra yaradılıb, bu dövr ərzində belə inkişafı mən çox yaxşı qiymətləndirirəm. Xüsusilə, Mərkəzi Bankda görüş zamanı mən həm rəhbərlik, həm də bu nəzarət orqanının personalı tərəfindən öz işinə çox peşəkarcasına yanaşma gördüm. Ümid edirəm, onlar daha böyük uğurlar əldə edəcəklər.

- Siz "Bank Melli İran"ın Bakı filialının fəaliyyətini necə qiymətləndiririsiniz?

- Bankımızın bu filialının fəaliyyəti qənaətbəxş sayılmır və biz onun fəaliyyətindən çox da razı deyilik. Biz bu məsələni müzakirə etdik və ümid edirəm, o, gələcəkdə daha yaxşı və geniş fəaliyyət göstərəcək.

- İranda, xüsusilə, "Bank Melli İran"da vaxtıkeçmiş kreditlərlə bağlı vəziyyət necədir? Banklara kredit borcları üzrə vaxtıkeçmiş kreditlərdə dövlət və özəl şirkətlərin payı necədir? Bu problemin hansı həlli yolları var?

- Biz "Bank Melli İran"ın bütün aktivlərində şəffaflığı təmin etmişik. Bunun nəticəsində bankın bütün borc götürənləri tərəfindən öhdəliklərin yerinə yetirildiyi aşkar olunub. Əsas vəzifə vaxtıkeçmiş kreditlər üzrə göstəricinin dəqiqləşdirilməsindən ibarətdir. Lakin aydın olub ki, bu vəziyyət ötən il ərzində 45 faiz yaxşılaşıb. Ümumilikdə, İranın bank sistemində bütün vaxtıkeçmiş kreditlər üzrə zərurət yarandıqda, borcları ödəməyə imkan verən belə zəmanətlər nəzərdə tutulub. Dünya iqtisadi böhranı da İranın iqtisadi fəaliyyətinə təsir edib. Və indiki vəziyyətdə narahatlığa səbəb yoxdur.

Hökumətin vaxtıötmüş borclarına gəldikdə, deməliyəm ki, iki həftə əvvəl İran Prezidenti ilə baş tutan görüşdə dövlət başçısı "Bank Melli İran"ın bütün borclarının ödənilməsi barədə göstəriş verdi. Və hökumət bu borcları qısa müddətdə ödəmək niyyətindədir. Bu borclar dövlətin pay səhm çeklərinin, istehsalata və sənaye-istehsal müəssisələrinə qoyulan sərmayələrin və Tehran birjasına yatırımların hesabına ödəniləcək. Dövlətin "Bank Melli İran"a borcu 4,8 milyard dollar təşkil edir ki, prezident onların tamamilə ödənilməsinə dair əmr verib.

-  Siz ABŞ hökumətinin sanksiyalarının "Bank Melli İran"a təsirini necə qiymətləndirirsiniz?

- Sanksiyalar bizim fəaliyyətimizə heç bir təsir göstərməyib. Mən həmişə demişəm ki, "sanksiya" siyasi məsələ və həlldir; nə hüquqi, nə də bank nöqteyi-nəzərindən heç bir əsası yoxdur. Sanksiyalarla bağlı bizə indiyədək tələb irəli sürülməyib. Bu baxımdan, biz beynəlxalq hüquq və qaydalar çərçivəsində öz fəaliyyətimizi davam etdiririk və onları pozmuruq. "Bank Melli İran"ın balans hesabatı bizim aktivlərin artdığını təsdiq edir. Ötən il bu göstərici 15 faiz artıb. Bu göstərir ki, "Bank Melli İran" dünyada və İranda tam gücü ilə öz fəaliyyətini davam etdirir. Sanksiyalar, ola bilsin ki, bir qədər narahatlıq doğurur, lakin bu bizim fəaliyyətimizə o qədər də güclü təsir göstətrmir.

"Netflix"in işində nasazlıqlar yaranıb
"Netflix"in işində nasazlıqlar yaranıb
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Azərbaycanın Avroviziyada iştirak tarixi məlum olub
Azərbaycanın Avroviziyada iştirak tarixi məlum olub
Loading Bars
Xəbər lenti
Azərbaycanlı müxalifətçi Böyük Britaniyada cinsi təcavüzə görə həbs olunub
Gənc istedadlarımız Azərbaycan mədəni irsinin süni intellektlə vəhdətini dünyaya təqdim edəcək (VİDEO)
Qanunsuz fəaliyyət göstərən kolbasa sexinin fəaliyyəti məhdudlaşdırılıb
Çində 88 milyon ton neft ehtiyatı aşkarlanıb
Azərbaycanda qar uçqunları ola bilər - Umayra Tağıyeva
Bərdədə yas mərasiminin qarşısı alınıb
Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq - İnfeksionist
Dövlət Gömrük Komitəsi illik büdcə proqnozuna 111,4% əməl edib (FOTO)
Yoluxmaların 90 faizindən çoxu "omikron"la əlaqəlidir - Təyyar Eyvazov
Pandemiya bitəcək, amma koronavirus həyatımızın bir hissəsi kimi qalacaq - Təyyar Eyvazov
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Yanvar ayında iqlim dəyişmələri gözlənilməz əlamətləri ilə özünü büruzə verdi - Umayra Tağıyeva
“Omikron” ştammına yoluxmasından şübhələnənlər nə etməlidir?
"Omikron" viruslu şəxslə yaxın təmasda olanların əksəriyyəti yoluxur - İnfeksionist
“Facebook”da Baş Prokurorluğun adından saxta hesablar açılıb
"Omikron" ştammının inkubasion dövrü daha qısadır - Təyyar Eyvazov
Səhiyyə qurumları vətəndaşlara növbəti dəfə çağırış edib
Etibarlı COVID-19 pasportu olmayanlar bu xidmətlərdən istifadə edə bilməyəcəklər - SİYAHI
İlin ən böyük inşaat xəbəri (FOTO)
Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır (FOTO)
Bu şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək
Bakıda yaşayış binasında yanğın başlayıb
Paytaxtda qeyri-qanuni tikintinin qarşısı alınıb (FOTO/VİDEO)
İran Prezidenti Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
“Azneft” İstehsalat Birliyi 2021-ci ili müsbət göstəricilərlə başa vurub
Yayılan videoya görə müəllimə töhmət verildi, şagirdlərdən izahat alınıb
Azərbaycan XİN Milli Gün münasibətilə Hindistanı təbrik edib
Azərbaycanda nar bağlarının sığortası başlayıb
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BSU-da imtahan sessiyasının monitorinqini keçiriblər (FOTO)
Binə qəsəbəsində evlərdən və mebel sexindən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Müdafiə nazirinin İrana rəsmi səfəri davam edir (FOTO)
Azərbaycanda dini qurumların qeydiyyata alınması qaydası dəyişir
İran hər zaman Azərbaycanın yanında olacaq - İranın Baş Qərargah rəisi
"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına
Rusiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak üçün 14 müraciət edib - Səfir
Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək
Gəncənin sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır
"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)
Azərbaycanda nəzirləri kartla və onlayn vermək mümkün olacaq
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətləri əlindən alına bilər
Rusiya ilə Azərbaycan arasında aviadaşımaların sayı artıb - Boçarnikov
Moskva Prezident İlham Əliyevin üçtərəfli işçi qrupu ilə bağlı yanaşmasını bölüşür – Boçarnikov
Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Rusiyadan Azərbaycana yeni biznes missiyalar planlaşdırılır
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
Sumqayıtda məktəbliyə siqaret satan şəxs cərimələnib (FOTO/VİDEO)
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Nikol Paşinyan yenə koronavirusa yoluxub
Tikinti biznesinə dair ictimai müzakirələr təşkil olunub (FOTO)
Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri münasibətlərin normallaşmasına xidmət edəcək - Səfir
Rusiya səfiri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının mümkünlüyünü şərh edib
Azərbaycan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasına birinci dərəcəli diqqət yetirir - Azərbaycanın BMT-dəki nümayəndəsi
"3+3" formatı üzv ölkələrin ticari-iqtisadi əməkdaşlığını genişləndirməyə imkan verəcək - Boçarnikov (FOTO)
Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı
Xudatda soyğunçuluq edən şəxslər saxlanılıblar
ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olunub
Rusiya Azərbaycanın regionda vəziyyətin normallaşması ilə bağlı mövqeyini yüksək qiymətləndirir - Səfir
TİKA Azərbaycanda “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə başlayıb
Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötüb - Səfir
Ruhi-əsəb xəstəsi DSMF-nin şöbəsini yandırmaq istədi
Oksigen terapiyası dərini cavanlaşdıracaq və qırışları hamarlaşdıracaq
Xudatda narkotik satan şəxslərə qarşı əməliyyat keçirilib
Hökməli qəsəbəsində "patı" satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva AŞPA-nın plenar sessiyasında təkliflər irəli sürüb
Sahibkarlara məhsullarını “Azərpoçt”da satmaq təklif olunur
Bakıda sərxoş kişi özünü dənizə atdı
Abşeronda dayı bacısı oğlunu güllələdi
“3+3” formatı təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir - Rauf Əliyev
Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını edib (FOTO)
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb - Baş katib
Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək (ÖZƏL)
Bakının mərkəzi küçəsində işıqforlarda yaranan problem aradan qaldırılıb
Azərbaycanda pambığın alış qiyməti növbəti dəfə artırıldı
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür (FOTO)
Azərbaycan nefti iki dollardan çox bahalaşıb
Sürətli fiber-optik bağlantıya qoşulan təhsil müəssisələrinin sayı artır (FOTO)
"Netflix"in işində nasazlıqlar yaranıb
Azərbaycanda ən çox pambıq yığımı olan rayonlar açıqlanıb
Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb
Gürcüstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)
Xarici diplomlar hansı hallarda tanınmır?
Kapital Bank ev tikintisi üçün ipoteka krediti təklif edir
Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib
Dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Ötən gün 90-dan artıq toyda monitorinq keçirilib
Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb
Ramin Bayramlı yeni vəzifəyə təyin olunub? - AÇIQLAMA
Xarici valyutaların manata qarşı məzənnələri
ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqləyib
Məşhur MMC-nin ofisindəki seyfi yarmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Parisin Lagazetteaz.fr onlayn qəzeti yenilənmiş interfeysini təqdim edib (FOTO)
Türkiyədə ötən sutka koronavirusa 75 mindən artıq yoluxma qeydə alınıb
Konqo Demokratik Respublikasında güclü zəlzələ olub
Peru hökumətinin sədri koronavirusa yoluxub
Fransa prezidenti Putinə zəng etmək niyyətində olduğunu açıqlayıb
Bütün xəbərlər