...

Azərbaycanın tibb işçiləri və əczaçıları məcburi sertifikatlaşmadan keçəcəklər - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2010 13:17
Yaxın vaxtlarda Azərbaycanda tibb işçilərinin məcburi sertifikatlaşması tətbiq ediləcək. Bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev cümə axşamı bildirib. Ölkədə tibb işçilərinin məcburi sertifikatlaşması bu ilin iyunun 12-də Azərbaycan Nazirlər Kabinetinin mübafiq sərəncamına uyğun olaraq həyata keçiriləcək.
Azərbaycanın tibb işçiləri və əczaçıları məcburi sertifikatlaşmadan keçəcəklər - nazir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ü.İsmayılova/

Yaxın vaxtlarda Azərbaycanda tibb işçilərinin məcburi sertifikatlaşması tətbiq ediləcək. Bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev cümə axşamı bildirib. Ölkədə tibb işçilərinin məcburi sertifikatlaşması bu ilin iyunun 12-də Azərbaycan Nazirlər Kabinetinin mübafiq sərəncamına uyğun olaraq həyata keçiriləcək.

"Azərbaycanda tibb işçilərinin, eləcə də əczaçıların məcburi sertifikatlaşmasının tətbiqi səhiyyə sahəsində vəziyyətin yaxşılaşdırılmasına doğru mühüm addım olacaq", - nazir bildirib.

Onun sözlərinə görə, belə təcrübə dünyanın bir çox ölkələrində tətbiq edilir. Çünki səhiyyə daim inkişaf edən sahədir, hər bir həkim və əczaçı bu sahədəki son nailiyyətlərdən, həmçinin, texnoloji və digər uğurlardan xəbərdar olmalıdır.

Nazir deyib ki, bundan sonra hər tibb işçisi, eləcə də əczaçı hər beş ildən bir sertifikatlaşmadan keçmək üçün test qaydası ilə mərkəzləşdirilmiş imtahan verəcək.

Ölkə hökumətinin tibbi təhsilin təkmilləşdirilməsi üçün həyata keçirdiyi digər tədbirlərlə bağlı nazir deyib ki, gələn ildən ölkədə Tibb Universiteti tələbələri üçün növbəti ali dərəcə olan rezidentura tətbiq ediləcək. Belə ki, hər bir məzun istəyinə uyğun olaraq mərkəzləşdirilmiş imtahan verəcək, eləcə də daha keyfiyyətli ixtisaslaşma əldə etmək üçün yüksək ixtisaslaşdırılmış klinikalarda ən yaxşı mütəxəssislərlə iki-üç illik təcrübə keçəcək.

İyunun 17-də hər il Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur.

Xəbər lenti

Xəbər lenti