...

Azərbaycanda 120 kq saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2010 18:14 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti yoxlamalar zamanı pərakəndə satış obyektlərindən ümumi çəkisi 120 kq olan saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 120 kq saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti yoxlamalar zamanı pərakəndə satış obyektlərindən ümumi çəkisi 120 kq olan saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Ticarət obyektlərində qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, un məmulatları, yağlar, sərinləşdirici içkilər, alkoqollu içkilər, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinq zamanı istehlakçı hüquqlarının pozulması faktı Bakının Yasamal rayonunda, Göygöl, Bərdə, Xaçmaz və Gəncə şəhərlərində aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. 

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti