...

Bakının mənzil icarəsi bazarında aktivlik 4,4 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 20:46 (UTC +04:00)
Mayda Bakının daşınmaz əmlakın icarəsi bazarında aktivlik 4,4 faiz azalıb, qiymətlər 1,9 faiz düşüb. "MBA Group Consulting" şirkətinin ekspertləri belə hesab edirlər

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ü.İsmayılova/

Mayda Bakının daşınmaz əmlakın icarəsi bazarında aktivlik 4,4 faiz azalıb, qiymətlər 1,9 faiz düşüb. "MBA Group Consulting" şirkətinin ekspertləri belə hesab edirlər.

Mayda mənzil icarəsi bazarında orta qiymətlər apreldəki 690, martdakı 695, fevraldakı 733, yanvardakı 729 dollara qarşı 677 dollar təşkil edib. Mənzil icarəsi qiymətlərinin ən yüksək səviyyəsi 2009-cu ilin avqustunda orta hesabla 767 dollar səviyyəsində olub.

Mayda birotaqlı mənzilin icarə qiyməti 324 dollar, ikiotaqlı - 428, üçotaqlı - 613, dördotaqlı - 1127, beşotaqlı isə 1350 dollar olub. Villaların icarəsi orta hesabla 3026, fərdi evlərin icarəsi isə 870 dollar olub.

Mayda mənzil icarəsi portfeli 2,9 faiz artıb və bazarın portfelinin böyük hissəsini üçotaqlı (32,2 faiz), eləcə də ikiotaqlı mənzillər (28,8 faiz) tutub.

Bazarda təkliflərin böyük hissəsini icarə qiyməti 350-600 dollaradək olan mənzillər tutub ki, onlar da portfelin 52,3 faizini təşkil edib.

İcarə üçün nəzərdə tutulan mənzillərin əksəriyyəti Bakının Nəsimi (28,2 faiz) və Nərimanov (20 faiz) rayonlarında təklif edilib.

MBA Group ölkə iqtisadiyyatının əksər sahələrində daimi olaraq monitorinqlər aparan qiymətləndirici və konsaltinq şirkətidir.

Xəbər lenti

Xəbər lenti