...

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qafqaz-Lizinq" Şirkətinin səhm emissiyalarını qeydə alıb - Dövlət Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2010 13:06 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qafqaz-Lizinq" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiyasını qeydə alıb, - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir.

Аzərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qafqaz-Lizinq" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiyasını qeydə alıb, - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir.

Dövlət Komitəsi nominal dəyəri 1 000 manat olan 1 500 səhm emissiyasını qeydə alıb.

"Şirkətin səhmləri bağlı qoyuluş metodu ilə yerləşdiriləcək", - məlumatda deyilir.

"Qafqaz-Lizinq" ASC 2007-ci ilin oktyabr ayında təsis olunub. Şirkətin 100 faizli təsisatçısı "NAB" Şirkətlər Qrupu hesab olunur. Şirkətin xidmətləri avtomobil sahəsi, eləcə də tikinti, ərzaq, toxuculuq sahəsi, turizm, kənd təsərrüfatı, neft-kimya və digər sahələri əhatə edir.

Xəbər lenti

Xəbər lenti