...

USAID Azərbaycanın bank sektoru ilə əlaqələri yüksək qiymətləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2010 19:04 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə Azərbaycanın bank sektoru arasındakı əlaqələr yüksək səviyyədədir və təşkilat gələcəkdə də bu əlaqələri genişləndirməyə ümid edir.
USAID Azərbaycanın bank sektoru ilə əlaqələri yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Ü.Sadıxova/

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə Azərbaycanın bank sektoru arasındakı əlaqələr yüksək səviyyədədir və təşkilat gələcəkdə də bu əlaqələri genişləndirməyə ümid edir. Bu barədə bazar ertəsi Bakıda Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovla görüşdə təşkilatın Azərbaycan üzrə əlaqələndiricisi vəzifəsini icra edən Kit Simmons bildirib.

Azərbaycan Mərkəzi Bankının rəhbəri Rüstəmov görüş zamanı bəyan edib ki, Azərbaycan hökuməti və USAID arasındakı əlaqələr uğurla inkişaf edir. O, təşkilatın ölkənin bank sektorunun inkişafına göstərdiyi texniki yardımı yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər Azərbaycan Mərkəzi Bankı və USAID arasında gələcək inkişaf perspektivlərini də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti