...

Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 20:17 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz).
Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80366 manat səviyyəsində müəyyən edilib.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 22-də 1 ABŞ dolları üçün 0,8038 manat, minimum isə iyulun 20-də 1 ABŞ dollarına 0,8035 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

12 iyul

0,8038

19 iyul

0,8037

13 iyul

0,8038

20 iyul

0,8035

14 iyul

0,8037

21 iyul

0,8037

15 iyul

0,8037

22 iyul

0,8038

16 iyul

0,8036

23 iyul

0,8036

Həftə ərzində orta

0,80372

Həftə ərzində orta

0,80366

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80378 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 19-20-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8037 AZN/USD səviyyəsində saxlanılıb, baxmayaraq ki, məzənnə iyulun 20-də 0,8038 AZN/USD səviyyəsində müəyyən olunmuşdu. İyulun 21-də bu 0,8038 AZN/USD məzənnə ilə $3,6 milyon olmuşdu, iyulun 22-23-də isə sövdələşmələr həyata keçirilmədiyindən məzənnə əvvəlki kimi saxlanılmışdı.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi:

12 iyul

0,8037

19 iyul

0,8037

13 iyul

0,8037

20 iyul

0,8038

14 iyul

0,8037

21 iyul

0,8038

15 iyul

0,8037

22 iyul

0,8038

16 iyul

0,8037

23 iyul

0,8038

Həftə ərzində orta

0,8037

Həftə ərzində orta

0,80378

USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb: alışı 7 manat, satışı 8 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən təxminən çeklərin 80 faizinin çıxarılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti