...

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə reysləri yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2010 13:11 (UTC +04:00)
Moskva ərazisində torf bataqlığının alovlanması nəticəsində əmələ gələn yanğınlara görə, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin "Domodedovo" Beynəlxalq Hava Limanından həyata keçirdiyi Bakı-Moskva-Bakı istiqamətindəki aviareyslərdə yubanma müşahidə olunur. Bu barədə şənbə günü AZAL-dan bildiriblər.
"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə reysləri yubanır

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.İsmayılov/

Moskva ərazisində torf bataqlığının alovlanması nəticəsində əmələ gələn yanğınlara görə, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin "Domodedovo" Beynəlxalq Hava Limanından həyata keçirdiyi Bakı-Moskva-Bakı istiqamətindəki aviareyslərdə yubanma müşahidə olunur. Bu barədə şənbə günü AZAL-dan bildiriblər.

Məlumata görə, bu istiqamətdə ("Şeremetyevo" və "Vnukovo" hava limanlarından) reyslər cədvələ uyğun həyata keçirilir.

Hələlik "Domodedovo" aeroportundan bütün reyslər 13:00-dək yubanır.

Rusiyada cari ilin yay fəsli çox isti keçir. Bunun nəticəsi olaraq, ölkənin orta zolağında, Povoljyedə, Uzaq Şərqdə və digər regionlarda meşə və torf yanğınları vüsət alıb. Daha çox zərər çəkmiş regionlar arasında Nijqorod və Voronej diyarlarını göstərmək olar. Alov Rusiyanın əksər böyük şəhərlərinin şəhərətrafı yerlərinə gəlib çatıb. Təxminən, 50 nəfər həlak olub; alov 1200-dən çox evi məhv edib. Yanğın sahəsi 500 hektarı ötüb.

Xəbər lenti

Xəbər lenti