...

Azərbaycanda 2,4 ton saxta sement məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2010 19:02 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında keçirdiyi monitorinqlər zamanı ümumi çəkisi 170 kq olan saxlama müddəti ötmüş ərzaq mallarını satışdan çıxararaq məhv edib.
Azərbaycanda 2,4 ton saxta sement məhv edilib

Аzərbaycan, Bakı, 23 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında keçirdiyi monitorinqlər zamanı ümumi çəkisi 170 kq olan saxlama müddəti ötmüş ərzaq mallarını satışdan çıxararaq məhv edib. Bu barədə nazirlikdən yayılan məlumatda deyilir.

Monitorinqlər Bakının Qaradağ rayonu, Gəncə şəhəri və Tərtər rayonunda keçirilib.

Mağazalarda istifadə müddəti ötmüş qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkarlanıb.

Tikinti materialları mağazalarında aparılan yoxlama zamanı 2,4 ton normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan sement aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti