...

Avqust ayında Azərbaycanın Miqrasiya Xidməti 871 əcnəbinin departasiyası haqqında qərar qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2010 15:35 (UTC +04:00)
Avqust ayında Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən 1112 əcnəbinin inzibati qanunvericilik tələblərini pozması faktı qeydə alınıb.Bu barədə cümə günü Dövlət Xidmətindən verilən məlumatda deyilir.
Avqust ayında Azərbaycanın Miqrasiya Xidməti 871 əcnəbinin departasiyası haqqında qərar qəbul edib

Аzərbaycan, Bakı, 3 sentyabr / Trend,müxbir А.Axundov/

Avqust ayında Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən 1112 əcnəbinin inzibati qanunvericilik tələblərini pozması faktı qeydə alınıb.Bu barədə cümə günü Dövlət Xidmətindən verilən məlumatda deyilir.

Strukturların qərarına əsasən, onlardan 241 nəfərin ölkə ərazisində yaşaması cərimə ödənildikdən sonra leqallaşdırılıb, 733 nəfər 48 saat ərzində mütləq şəkildə ölkəni tərk etməlidir, 138 nəfər inzibati şəkildə ölkə ərazisindən çıxarılacaq.

Avqust ayı ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti yaşamaq müddətinin uzadılması, müvəqqəti və daimi yaşayışa icazə verilməsi, vətəndaşlığın qəbulu,bərpası və ləğv olunması, vətəndaş mənsubiyyəti və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinə fərdi icazənin verilməsi, həmçinin həmin icazənin müddətinin uzadılması haqqında 3677 müraciət daxil olub.

Məlumata əsasən, bütün müraciətə baxılıb və nəticədə müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti