...

Azərbaycanda bir tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2010 18:49 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlakçı bazarında ümumi çəkisi 946 kq-dan çox saxlama müddəti ötmüş ərzaq malları aşkar edilib.
Azərbaycanda bir tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayılov/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlakçı bazarında ümumi çəkisi 946 kq-dan çox saxlama müddəti ötmüş ərzaq malları aşkar edilib. Bu barədə bazar ertəsi nazirlikdən verilən məlumatda deyilir.

Monitorinqlər Bakının Binəqədi, Nəsimi, Xətai və Nərimanov rayonları, həmçinin Ucar, Şəmkir Tovuz vəSamux rayonlarında aparılıb.

Mağazalarda qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, tamlı məhsullar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti